Sitatlar
Münafiqlər Peyğəmbəri adi insan kimi görər və həmişə ağılsızcasına tənqid edərlər. Bu tənqidlərini də çox böyük axmaqlıqla edərlər. Sadə məntiqlə baxar, Peyğəmbərin, Allahın dəstəkləyib qoruduğu xüsusi insan olduğunu görməzlər. Peyğəmbərə tabe olan möminləri də ağılsız kimi görərlər. Saatlarla, səhifələrlə, Peyğəmbərə tabe olan möminlərin guya ağılsız, dərin düşünməyən olduqlarını, onların səhvlərini qeyd edərlər, yazarlar. Peyğəmbərə itaət edən möminlərin yalançı olduğunu sübut etməyə çalışarlar. Bu zaman yalançı olmalarını, şəxsiyyətsiz olmalarını, alçaqlıqlarını göstərərlər. (Hud surəsi, 27: Qövmündən qabaqcıl inkarçılar: "Biz səni təkcə bizim kimi insan hesab edirik; sənə, təkcə dayaz fikirli olan ən alçaqlarımızın tabe olduğunu görürük və sizin bizdən üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik" dedi.) Münafiq Rəsulun qoyduğu sərhədləri aşar. Əsas qarşı olduğu isə Allahın qoyduğu sərhədlərdir. Allahın sərhədlərini aşaraq sadə məntiqlə, sərbəst yaşamaq istəyər. Bu çirkin sərbəstlik anlayışıdır. Peyğəmbərimiz (s.ə.v) döyüşdə möminləri bir yerə yerləşdirər və ya möminlərə İslama xidmət üçün bəzi məsuliyyətlər verirdi. "Sən bu işi gör, sən burada keşik çək" deyirdi. Bu münafiqlərin iyrənc nəfsinə çox ağır gəlirdi. Məntiqlə Peyğəmbəri dəyərləndirib; "niyə bu işi görək?" deyir, Peyğəmbərin qoyduğu sərhədi aşırdılar. Allah Peyğəmbərin sərhədini aşanın, Allahın sərhədini aşdığını bildirmişdir. Bu rəftarın qarşılığı sonsuz cəhənnəm odudur, odun ən aşağı təbəqəsidir. Möminlər isə Peyğəmbərə həmişə hüsnü-zənlə, hər sözünün xeyir olduğunu bilərək, sevgi və hörmətlə bağlıdır. (Mücadilə surəsi, 5: Həqiqətən, Allaha və Rəsuluna qarşı (onların qoyduqları sərhədləri aşıb özləri sərhəd qoymağa cəhd edərək) çıxanlar, özlərindən əvvəlkilərin alçaldılması kimi, alçaldılıblar. Halbuki Biz açıq-aydın ayələr endirdik. Kafirlər üçün alçaldıcı əzab vardır.) Təvəkkülü artırmağın yolu Allahı heç vaxt unutmamaqdır. Allahı düşünməyin iki cəhəti var. Bir cahil düşünmə forması var, yeməyini yeyər Allaha həmd edər, televiziyada Suriyadakı hadisələri izləyər, lakin bu ona heç təsir etməz. Onu təkcə qızının toyu, ertəsi gün ödəyəcəyi qəbzlər maraqlandırar. Lotereya bileti alar; "Allah bağışlayar" deyib keçər. Məktəblərdə darvinizmin, materializmin öyrədilməsini çox normal qarşılayır, lakin 5 vaxt namazını da qılır. Bir də Allahın mövcudluğunun möhtəşəm güc olaraq dünyaya hakim olduğunu görüb, heyranlıq içində qalıb Allahı diqqətlə təqib etmək vardır. Bunda Allah ilə kəskin diqqətlə əlaqə vardır. Allahın istədiyi də budur. Normal ağlın normal nəticəsi budur. Allah ilə ağıllı əlaqə yaradıldığı zaman insan çox rahat yaşayar. Yorucu olan əxlaqsızlıqdır, adamlıq dinidir. Çünki bunların çoxlu lazımsız qaydaları var. Cahil cəmiyyətin qaydaları, ənənələri, adətləri insanın taqətindən çox üstündür. Dünya həyatı ilə boğuşma da işə düşdükdə bir çox insanın həyatı yaşanmaz hala gələr. Müsəlmanlıq deyildikdə insanların ağlına qızılgül şərbəti, mövlud oxunması, yaşlı əmilər, baxımsız qadınlar, təhsilsiz cahil insanlar, ən kiçik səhvə görə ölüm cəzası verən dəhşət sistemi gəlir. İslamı yaşadığı zaman həyatın bütün gözəlliklərinin əlindən alınacağını zənn edir. Yastı havasız məscidlər, yaşlı babalar, nə deyildiyi başa düşülməyən mövlud səsini xatırlayır. Halbuki İslam yaşandığı zaman super keyfiyyətli gənclər, əyləncə, şənlik, musiqi, rəqs, ən kiçik bir şey olanda bir-birinə yardımçı olan, heç kəsin kimsəni pərt etmədiyi, həmişə dostluq və yoldaşlıq əlaqəsi olan, heç kəsin namusuna, şərəfinə zərər gəlməyən, gənc qızların gecə yarısında güvən içində küçədə gəzdiyi, ultramüasir xəstəxanalar, ultramüasir restoranlar, zövqlü əyləncə məkanları olan, hər kəsin namazını qıldığı, ibadətini sevinclə etdiyi, gözəlliklər üçün şükür etdiyi, həyatın mükəmməl yaşandığı sistem olmalıdır. Dəccaliyyət Yaxın Şərqdə həmişə müharibə və parçalanma istəyir. İran və Türkiyəni savaşdırmaq istədilər, elmlə, irfanla buna mane olduq. Müsəlmanların musəvilər və xristianlarla aralarını vurmağa çalışırlar, buna da imkan vermərik. Qurana görə onlar Kitab əhlidir. Allah Kitab əhlinə nə deməyimizin lazım olduğunu, necə yaxınlaşmağımızın lazım olduğunu Quranda bildirmişdir. Onlar bizə hz. İsa və hz. Musanın əmanətidir. Allahın açıq əmrinə baxmayaraq, Kitab əhlinə hücum etmək, ibadətgahlara zərər vermək, onları təhqir etmək haram olar. (Ənkəbut surəsi, 46: Aralarında zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl şəkildə mübarizə aparın və deyin ki; "bizə və sizə nazil edilənə iman gətirdik; bizim ilahımız da, sizin ilahınız da birdir və biz Ona təslim olmuşuq".)