Sitatlar
Allahı keyfiyyətli dərinliklə yadda saxlamaq lazımdır. İnsanlar yemək yeyib, Allaha şükür edir, pulunu verib çıxır. Bu cür olmaz. Allahın fövqəladə böyüklüyü və gücü var. Bunu çox yaxşı dərk etmək lazımdır, çox yaxşı düşünmək lazımdır. İnsanların böyük hissəsi Allahı orta böyüklükdə bilirlər. Belə deyil. Allah çox böyükdür. Lakin insanlar çox böyük anlayışını da tam dərk edə bilmirlər. Allah tək bir xalçadakı bütün iplikləri, bütün atomlarını, bütün neytronlarını, protonlarını bilir. Bu amansız ağıl deməkdir. Belə ağlın özünə kömək edə bilməyəcəyini, dişinin ağrısından, dizinin ağrısından xəbəri olmadığını zənn edir. Halbuki dişinin ağrısı da, dizinin ağrısı da xüsusi olaraq yaradılır. Ağrı öz-özünə bir sənətdir. Çox mürəkkəb sistemlə ağrı xüsusi olaraq yaranır. Ağrını yaradan, ağrını hiss etdirən, dərmanları yaradan Allahdır. Bu məsələni incə-incə çox düşünməyimizi və dərk etməyimizi istəyir Allah. Bunu dərk edə bilməsək sevgi və cənnəti dərk edə bilmərik. O zaman Allah o sevgi dərinliyini vermir, insanlar küt olur. Allah sevgisi ən mühüm mövzudur. Allahı sevməkdəki əsas məsələ insanın özünü sıxmamağıdır. İnsanlar şirkə ağlasığmaz dərəcədə meyllidir. Şirkə qarşı beyni həmişə qorumaq, çox səmimi olmaq lazımdır. Diqqət şirk mövzusunda olmalıdır. Səmimiyyət də zövqlüdür, enerji tələb etməz. Səmimiyyət dünyanın ən şirin, ən ləzzətli nemətlərindən biridir. Allah sevgisi insanların bir hissəsində əskik olduğu üçün insanların bir-birinə sevgisi də az olur. Yerinə həsəd, kin, nifrət, qəzəb gəlir. Bilavasitə Allahı çox sevsələr insanların hal-hazırda dünyada yaşadıqları həyat tam fərqli olar, dünya açıq-aydın cənnət kimi çox rahat olacaqları bir yer olar. Dünya miqyasında bir çox insan Allaha qarşı nankor olduğu üçün, Allah da onları hiss etdirmədən əzir. Onlar öz aləmlərində Allahı aldatdıqlarını zənn edirlər, Allah isə onları hiss etdirmədən əzir. Bütün gözəlliklərin tək mənbəyi Allahdır. Sevginin tək mənbəyi Allahdır. Övladını, arvadını, pişiyini, quşunu çox sevdiyin zaman Allahı sevdiyini bilmir bir çox insan. Bütün təsvir Allaha məxsusdur.