Sitatlar
Sevgisiz, eqoist, davakar, qorxuducu dünya meydana gətiriblər. Mən bunu istəmirəm. Dünya gözəl olsun, insanlar bir-birini sevsin istəyirəm. Nəzakət, yüksək keyfiyyət, incəsənət, bağışlayıcılıq, mərhəmət təkcə Türkiyədə deyil, hər yerdə hakim olsun istəyirəm. Bu bizim haqqımızdır. Bu bəladan xilas olmaq çox asandır, şeytan axmaqca bir oyun oynayıb insanları bir-birinə düşmən etdi. Əl birliyi ilə bu mənəvi çirkabı təmizləyib atacağıq, Türkiyənin rəhbərliyi altında sevgi dolu dünya yaradacağıq. Gənclər bir-birinin dininə, imanına üstünlük verməlidir. İnsanın axirətini düşünməmək həm məntiqsizdir, həm də vicdana uyğun deyil. İnsanın axirətini düşünmürsənsə, 5-10 il sonra o yaşlandığı zaman nə olacaq? Ölüb gedəcək, yox olacaq deyə düşünürsənsə, onsuz da sevə bilməzsən, ət-sümük sevilməz. Əgər qarşındakının ruhuna, dininə, imanına əhəmiyyət versən, onun axirətdəki gələcəyini düşünməsən, hörmət göstərməsən o zaman nəyi sevirsən? Axirətini düşünərək hərəkət etsən, o zaman Allah sevgini çox gözəl yaşadar.