Sitatlar
Süni sevgi, sevgi təqlidi etmək çox böyük bəladır. "Ay canım sənin üçün necə də çox darıxdım, inanmazsan heyrət edəcək şəkildə səni sevirəm" deyir. Olduqca süni üslubdur. "A! Müdir Kamal bəy gəldi" deyir pencəyini düymələyir, "biz sizi çox sevirik" deyir. Halbuki təkcə qorxur. Həqiqi sevgi Allah üçün, Allah qorxusu ilə Allah sevgisi ilə olar. Bir insan təmizdir, humanistdir, mərhəmətlidir, vicdanlıdır, Allahdan çox qorxur, cəsurdur, özünü Allaha həsr edir, bunların hamısını görərsən və elə sevirsən. Heç bir gözəl əxlaq xüsusiyyəti görmədən sevdiyini iddia etmək səmimi deyil. İslam Birliyi mühüm məsələdir. İslam Birliyi olmadığı müddətcə Allah heç bir yerdə rahatlıq verməz. Qüdsü xilas edəcək olan da İslam Birliyidir. İslam Birliyi olmadıqda Qüdsün mənası qalmaz. Qüdsün məna qazanması İslam Birliyi ilə təmin edilər. İslam Birliyi olsa, musəvilər, xristianlar, müsəlmanlar birlikdə çox gözəl yaşayarlar. Hər yeri bağlıq, bağçalıq edərik, hz. Süleymanın məscidini yenidən inşa edərik, hz. İbrahimin, hz. İsanın, bütün peyğəmbərlərin ayaqları basdığı yerləri tərtəmiz edərik. Hal-hazırda təkcə münaqişə və döyüş var. İslam Birliyi olsa bu münaqişələrin hamısı bitər. İslam Birliyi olmadığı müddətcə də nə müsəlmanlar, nə musəvilər, nə də xristianlar rahat ola bilərlər. Allahın əmri açıqdır: Fitnə yer üzündən aradan qalxana, İslam əxlaqı hakim olana qədər elmi mübarizə aparın. Ayrılmayın. Ayrılıb dağılmaq haramdır. Birlik olmaq fərzdir. Müsəlmanların mənəvi lider ətrafında birləşməsi Quranın hökmüdür. Qüds üçün alınacaq tək bağlayıcı qərar İslam Birliyinin yaradılmasıdır. İslam Birliyi olmadığı müddətcə nə Qüds, nə də başqa yer üçün sülh və həll yolu yaranmaz, yaranmır. Birləşmiş Millətlər Təşkilatı bu günə qədər çox saylı qərar qəbul etdi, bu qərarların praktikada təsiri olmur. Bu qərarlarla bölgənin xoşbəxtliyi təmin edilmir. Bölgənin xoşbəxtliyi, sağlamlığı, təhlükəsizliyi üçün, dünyanın xilas olması üçün İslam Birliyi əsas şərtdir. İslam Birliyi, musəvi, müsəlman, xristian, hər kəsin xilas olması deməkdir.