Sitatlar
Əziyyət olmadan insanın sevgini öyrənməsi də, seviləcək insan halına gəlməsi də qeyri-mümkündür. Səbir etməmiş, şəfqət göstərməmiş, səxavətli olmayan, vəfa göstərməmiş insan heç bir dəyər qazanmamış deməkdir. Dərinlik qazanmaq üçün əziyyət lazımdır. Binalar, evlər, həyatın hər təfərrüatı eşqə xidmət edirsə, eşqi öyrənməyimizə vəsilə olursa mənası vardır. Çox gözəl paltar düşün, lakin içində daş maneken var. Ölü olsa üstünə yetmiş qat gözəl paltar geyindirsən də qaçarsan. İçindəki ruhu sevirsən, paltarı deyil. Buna görə də, ruhun əziyyətlə yetişdirilməsi əhəmiyyətlidir. Xüsusən Yaxın Şərq ölkələrində və dünyanın bir çox yerində qadına çox yanlış və qəribə baxış prizması vardır. "Qadını müəyyən yolla tələyə salarsan, evə apararsan, namusunu ləkələyərsən, ondan sonra da qəzəblənər evinə göndərərsən" anlayışı geniş yayılıb. Sonra yenə ürəyin istəsə, yenə çağırarsan gəlməzsə ölümlə təhdid edərsən, döyməklə təhdid edərsən, kimi yanlış məntiqləri var. Bu, çox böyük vicdansızlıq və zülmdür. Qadın Allahın yaratdığı ən gözəl, ən müqəddəs varlıqdır. Həmçinin qadın, ağlı, ehtirası, imanı ilə gözəldir. Qadını qorxudursan, alçaldırsan, mərhəmətsizcə yaxınlaşırsan, bundan sonra da qadından şikayət edirsən. Qadınların əvvəlcə axirətini qorumaq lazımdır. Qadını 20-30 il müddətinə deyil, əbədi sevməlisən. Əbədiyyən sevəcəyinə görə əvvəlcə imanına diqqət yetirməyin, cənnətə getməsinə səy göstərməyin lazımdır. Şərəfli, namuslu yaşamasını təmin etməlisən. Qadının şərəfini, namusunu əlindən alsan, hörmət etməsən heç bir mənası qalmaz. Qadının hörmət edilməsi lazım olan mübarək varlıq olduğunu bilməli və buna görə hərəkət etməlisən. O zaman qadının gözəlliyini Allah sənə açar.