Sitatlar
Rəsulullah (s.ə.v) dövründəki münafiqləri təhlil etdikcə Peyğəmbərimiz (s.ə.v)-in savabının nə qədər böyük olduğunu daha yaxşı görürük. 300 münafiq çıxır, müsəlmanları döyüşün ortasında qoyub geri qayıdırlar. Tarix boyu o xarakteri həmişə eyni olub. Münafiq zehniyyəti; ədabaz, lovğa, həris, namərd, xain, hiyləgər, murdar, gizlində daha murdar, dəccaliyyətlə əməkdaşlıq edən, yalançı, quldur xarakterli, insanlardan nifrət edən, gözəl olan hər şeyə qarşı olan, pis olan hər şeyi sevən, homoseksualizmi dəstəkləyən, Müsəlmanların doğru yolunu kəsməyə çalışan alçaq məntiqdir. Müsəlmanların birlik olması yaxşı insanların birlik olması mənasındadır. Döyüşlərin, gərginliyin bitməsi, gözəlliyin, keyfiyyətin, düzgünlüyün hakim olmasıdır. Gecə küçəyə çıxmaqdan narahat olmayacaqsan, qapını döyəcəksən xoş gəldin deyəcəklər söhbət yaradılacaq. Hal-hazırda dünyada belə güvən yoxdur. Cənnət güvən və sevgi üzərində qurulmuşdur. Dünyada da bu sevginin, dostluğun, hüzurun təcəlli etdiyi gözəllik olmasını istəyirik. İslam Birliyi olduğu zaman sevgi dünyaya hakim olacaq. Hər gün dava, hər gün cinayət, hər gün həyat bahalılığı, hər gün ağrı, əzab, rəzalət xəbərləri dərc olunur. Artıq nə incəsənət, nə də gözəllik xəbəri olur. Çünki dəccaliyyət dünyaya uzun müddətdir hakimdir. Mehdiyyətin əks elmi həmləsi yeni başlayıb və ildırım sürəti ilə dünyaya hakim olacaq inşaAllah.