BÜTÜN İŞLƏR
Əziyyət olmadan insanın sevgini öyrənməsi də, seviləcək insan halına gəlməsi də qeyri-mümkündür. Səbir etməmiş, şəfqət göstərməmiş, səxavətli olmayan, vəfa göstərməmiş insan heç bir dəyər qazanmamış deməkdir. Dərinlik qazanmaq üçün əziyyət lazımdır. Binalar, evlər, həyatın hər təfərrüatı eşqə xidmət edirsə, eşqi öyrənməyimizə vəsilə olursa mənası vardır. Çox gözəl paltar düşün, lakin içində daş maneken var. Ölü olsa üstünə yetmiş qat gözəl paltar geyindirsən də qaçarsan. İçindəki ruhu sevirsən, paltarı deyil. Buna görə də, ruhun əziyyətlə yetişdirilməsi əhəmiyyətlidir. Xüsusən Yaxın Şərq ölkələrində və dünyanın bir çox yerində qadına çox yanlış və qəribə baxış prizması vardır. "Qadını müəyyən yolla tələyə salarsan, evə apararsan, namusunu ləkələyərsən, ondan sonra da qəzəblənər evinə göndərərsən" anlayışı geniş yayılıb. Sonra yenə ürəyin istəsə, yenə çağırarsan gəlməzsə ölümlə təhdid edərsən, döyməklə təhdid edərsən, kimi yanlış məntiqləri var. Bu, çox böyük vicdansızlıq və zülmdür. Qadın Allahın yaratdığı ən gözəl, ən müqəddəs varlıqdır. Həmçinin qadın, ağlı, ehtirası, imanı ilə gözəldir. Qadını qorxudursan, alçaldırsan, mərhəmətsizcə yaxınlaşırsan, bundan sonra da qadından şikayət edirsən. Qadınların əvvəlcə axirətini qorumaq lazımdır. Qadını 20-30 il müddətinə deyil, əbədi sevməlisən. Əbədiyyən sevəcəyinə görə əvvəlcə imanına diqqət yetirməyin, cənnətə getməsinə səy göstərməyin lazımdır. Şərəfli, namuslu yaşamasını təmin etməlisən. Qadının şərəfini, namusunu əlindən alsan, hörmət etməsən heç bir mənası qalmaz. Qadının hörmət edilməsi lazım olan mübarək varlıq olduğunu bilməli və buna görə hərəkət etməlisən. O zaman qadının gözəlliyini Allah sənə açar. Bəziləri cansıxıcı həyat istəyir. Gənclərin şən olmasını, həyat dolu olmasını istəmir. Sevincdən xoşlanmır. Həyatı qaraltmaq, ölü, dözülməz hala gətirmək istəyirlər. Bunlar incəsənətə, qadın azadlığına, azadlığa, mehribanlığa, dostluğa, yoldaşlığa, hər şeyə qarşıdırlar. Hər kəs özləri kimi olsun istəyirlər. Güləni acıladığı, əylənəni bədbəxt etdiyi bir həyatın tərəfdarıdırlar. Özləri bədbəxt olduqları üçün insanları da özləri kimi etmək istəyirlər. Tək kəlmə sevgidən, dostluqdan, sevincdən, incəsənətdən bəhs etmirlər. Dostluğu, yoldaşlığı bilmədikləri üçün hər kəsə qarşı olurlar. Belə insanlar AKP-ni də avtoritar, qadağanedici, azadlıq əleyhinə olan bir partiya kimi göstərmək istəyir, AKP və Tayyib hocama da tələ qururlar. Tayyib hocam azadlıq istəyən, gənclərin sevincindən yana olan, müasir dindardır. Lakin bu insanlar AKP-ni gözəlliyə, sevincə, incəsənətə, elmə qarşı kimi göstərirlər və buna görə də, sahil bölgələrində AKP-nin səs itirməsinə səbəb olurlar. Musiqi, əyləncə, dekolte, incəsənət əleyhinə olanlar xüsusən sahil bölgələrində yaşayanların AKP-dən uzaqlaşmasına səbəb olur. Tayyib hocam müasirdir, baş nazirimiz müasir və ziyalıdır. AKP insanların həyat tərzlərinə hörmət göstərir, lakin bəzi kütlələrin üslubları AKP əleyhinə olur. Bunu insanları AKP-dən uzaqlaşdırmaq üçün xüsusi olaraq edə bilərlər. Musiqi, rəqs, qadın azadlığı, fikir azadlığı, sevinc, incəsənət, elm Quran əxlaqına görə halaldır. Allah insanların azad yaşamasını istəyər.