BÜTÜN İŞLƏR
Allah həmişə insanlarla birlikdədir. Hamımız Allahın ruhunu daşıyırıq. Allah bizə eşqi, ehtirası öyrədir. Allahın ən sevdiyi eşq və ehtirasdır. Allah eşqi və ehtirası əbədiyyən yaşamağımızı istəyir. Allahın bizi yaratmaqdakı əsas məqsədi budur. Eşqin içində mərdlik, fədakarlıq, səxavət, səbir, bağışlayıcılıq, təmizlik, nəzakət, mədəniyyətli və ədəbli olmaq, pak insan olmaq kimi çox müxtəlif zənginliklər var. Allah çox zəngin, böyük ruhun üzərinə hakim edir bu sevgi və eşqi. O zaman həyat məna qazanır. Allahın dünyada çox sayda qadın yaratması Allahın möminlərə rəhməti, bərəkəti, lütfüdür. İnsanların yarısının qadın olması Allahdan çox böyük nemətdir. Qadın Allahın ən görkəmli, ən həyəcan verici nemətidir. Allahın ən gözəl təcəllisidir. Allahın Rəhman, Rəhim, Nur və Cəlal adlarının təcəllisidir. Qadın quzu kimi tərtəmizdir. Çox nəzakətli, nazənin varlıqdır. Qadını hər zaman şəfqətlə, mərhəmətlə, hörmətlə dəyərləndirmək lazımdır. Qadın eşqin, ehtirasın qapısıdır. Eşqi ən mükəmməl şəkildə yaşayacağımız, Allahın verdiyi mükəmməl nemətdir. Qadın Allahın təcəllisi olaraq sevilər. Qadını sevmək, qadına heyran olmaq Allahı sevmək, Allaha heyran olmaqdır. Ruhu zəif olan insanlarda Dəccalın hipnoz qüvvəsi üstün gəlir. Dəccal qarşısındakı insanları bu formada maqnetik təsir altına alır, onları idarə edə bilməyə başlayır. Zaman keçdikcə də bu insanlar robotlaşır, Dəccalın bütün əmrlərini sorğu-sualsız yerinə yetirməyə başlayırlar. Dəccal adamlarına; "buranı bombala, burada qarışıqlıq törət" dediyi zaman dərhal edirlər. Lakin üstün xarakterli, güclü ruha sahib, aurası güclü olan şəxslərə Dəccalın təsiri olmur. Məsələn, hz. İsa (ə.s)-ın aurası çox güclüdür, buna görə də, Dəccalın heç bir təsiri olmur. Hz. Mehdi (ə.s)-ın da aurası güclü olduğu üçün Dəccal zərər verə bilmir. Mehdi tələbələrinin də aurası yüksək olur. Allahın onları zər aləmində yaratması, auraları güclü olacaq şəkildə. Buna görə də, Dəccal Mehdi (ə.s) 313 tələbəsinə də qətiyyən təsir edə bilmir. Lakin şeytan və Dəccal münafiqləri çox sürətlə təsir altına ala bilir, ruhları, xarakterləri və şəxsiyyətləri çox zəif və gücsüz olduğu üçün. Papanın bu gün şeytanla bağlı verdiyi açıqlamalar Dəccalın bu təsirindən xəbərdar olduğunun dəlilidir.