BÜTÜN İŞLƏR
Qurana tam tabe olunduğu zaman cəmiyyət təzyiqi, məhəllə təzyiqi, ailə təzyiqi tamamilə aradan qalxar. Gənclərin, qadınların, insanların üzərindəki bütün təzyiqlər aradan qalxar, beyinləri çox rahat olar. Hal-hazırda gənclərin bildikləri rahatlama, əyləncə yerinə getmək formasındadır. Quranla yaşadıqları zaman o əyləncə yerində, min dəfə artıq rahat olacaqlar, daha fərəhli olacaqlar. Çünki beyinləri rahat olacaq, güvən olacaq, sevgi olacaq. Rəsulullah (s.ə.v) dövründəki münafiqləri təhlil etdikcə Peyğəmbərimiz (s.ə.v)-in savabının nə qədər böyük olduğunu daha yaxşı görürük. 300 münafiq çıxır, müsəlmanları döyüşün ortasında qoyub geri qayıdırlar. Tarix boyu o xarakteri həmişə eyni olub. Münafiq zehniyyəti; ədabaz, lovğa, həris, namərd, xain, hiyləgər, murdar, gizlində daha murdar, dəccaliyyətlə əməkdaşlıq edən, yalançı, quldur xarakterli, insanlardan nifrət edən, gözəl olan hər şeyə qarşı olan, pis olan hər şeyi sevən, homoseksualizmi dəstəkləyən, Müsəlmanların doğru yolunu kəsməyə çalışan alçaq məntiqdir.