BÜTÜN İŞLƏR
İnsanlar mənəvi olaraq öldürülür, müsəlman "mənə nə" deyə bilməz. İran, Səudiyyə Ərəbistanı kimi ölkələr də daxil olmaqla hər yerdə məktəblərdə gənclərə "Allah yoxdur" təhsili verilərkən, deizm, ateizm dayanmadan yayılarkən müsəlman "mənə nə" deyə bilməz. Suriyada, İraqda, Liviyada müsəlman qanı axarkən müsəlman "mənə nə" deyə bilməz. Bu qədər fəlakət varkən, öz işini, evliliyini, həyatını düşünən, həccə getməyi yetərli görən zehniyyət əsla qəbul edilə bilməz. Mübahisə, qarşıdurma mədəniyyəti insanın şüurunu bir müddət sonra bağlayar. İnsan ruhunun rahatlamağa, incəsənətə, gözəlliyə, nəşəyə, sevincə ehtiyacı vardır. Gərginliyi azaldan, sevgini təşviq edən sözlər əhəmiyyətlidir. İnsanlar ən çox Allahın sənətini görməkdən zövq alarlar, iman həqiqətlərindən, Allahı sevməkdən güc taparlar. Hər gün yeni düşmənlər icad etmək şüuru dondurur. Bizim yeni düşmənlərə deyil, dostluğa, qardaşlığa ehtiyacımız vardır. Azadlıq, demokratiya, incəsənət, keyfiyyət ən az yemək içmək qədər insanların ehtiyacıdır. Əleyhinə olanların ən çox istifadə etdikləri vəsait bu dəyərlərin azalması olduğuna görə, daha çox azadlıq, daha çox demokratiya, daha çox incəsənət üçün ediləcək hər şey qurulan oyunları pozar. İnsanların sevincini əlindən alan mühafizəkar, katolik, qatı İslam anlayışının deyil, Quran müsəlmanlığının incəsənət, keyfiyyət, sevinc, demokratiya, azadlıq anlayışını təşviq etmək lazımdır. Bu edilsə bütün dünyanın İslamı qəbul etməsinə də Türkiyə qabaqcıl olar. Katolik, ənənəçi İslam anlayışı ilə İslam daxildən çökür, gizli-gizli ateizm, deizm inkişaf edir. Bunu dayandırmaq üçün katolik sistemin təzyiqinin qaldırılması, darvinist, materialist təhsilin dayandırılması, iman həqiqətlərinin və elmi gerçəklərin izah edilməsi, insanlara sevginin, dostluğun, sülhün təhsilinin verilməsi lazımdır. Allahın böyüklüyünü anladıqdan sonra şeytanın insanın üzərinə gəlmə yönlərini görüb onları tək-tək təmizləmək əhəmiyyətlidir. Müsəlman tahirdir. İnsan necə tək-tək bədənini təmizləyirsə, şeytanın hücumlarına qarşı da tək-tək mənəvi təmizlik etməlidir. Qısqanclıq, hirs, kin, nifrətdən xilas olacaqdır. Məyusluq hissi gələndə mübarizə edəcək, məğlub edəcək, çox şən olacaq, hirslənmək hissi gələndə bağışlayıcı olacaq. Qısqanclıq, nifrət, kin, hirs hamısından tək-tək xilas olacaq. Şeytanın bütün pisliklərindən xilas olmaq üçün əmək verəcək, şeytanın hər hücumunu tək-tək təmizləyəcək. Allah şeytanı xüsusi göndərir, xüsusi olaraq təmizləmək lazımdır.