BÜTÜN İŞLƏR
Musiqi də olmalıdır, əylənməlisən də, gülməlisən də. Əks təqdirdə fitrətin pozular, tarazlığın pozular. Allah qorusun xəstə olarsan, fitrətini pozma. Şən ol, sevincli ol, əylən, gül, oyna. Allah səni elə yaratmışdır. İçinə qapanırsan, xəstə olarsan, sağlığın gedər, düşünmə gücün itər. İslamı da yaşaya bilməzsən. Din, dünyanın bütün gözəlliklərini özündə toplayan bir sistemdir. Dində sevinc var, nəşə var, əyləncə var, musiqi var. Xanımlar rahatlıqla gəzər, istəsə dekolte geyinər, istəsə başını örtər, heç kim heç kimə qarışmaz. İstəyən qəhqəhə çəkib gülər, istəyən döymə elətdirər, istəyən də parik taxar. Din belə şeylərə qarışmaz. Din bizim vicdanlı, dürüst, ağıllı, halala, harama diqqət yetirən kimsələr olmağımızı istəyir. Din sevincin, nəşənin digər adıdır. Bığlı, içinə qapanmış, sənətdən, estetikadan baş açmayan, başına vur əlindən çörəyini al, donuq baxışlı―belə gənclik olmaz. Gənclərin hər yerə sevinc gətirməsi lazımdır. Qəhqəhələri ilə, gülüşləri ilə, söhbətləri ilə, sevincləri ilə, gözlərindəki parıltı ilə ahəng, zənginlik, gözəllik təqdim etmələri lazımdır.