BÜTÜN İŞLƏR
Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır. Xurafatçılıqla İslamı bütün dünyada dəyərdən saldılar. İslam günəşini söndürmək istəyirlər. Asma, kəsmə, döymə, qadınları alçaltma, qadınlara "yarım varlıq" demə vardır, musiqi yoxdur, şəkil yoxdur, incəsənət yoxdur, xeyirxahlıq yoxdur, gözəllik yoxdur, məhəbbət yoxdur, o yoxdur, bu yoxdur. Siz dəlisiniz? Sanki cəhənnəm həsrətindədirlər. İslamda belə bir şey yoxdur.