BÜTÜN İŞLƏR
İslam Birliyini dayandırmağa çalışan, əhəmiyyətsiz sayan, məhz Mehdi gəlib getmişdir deyənlər əldən düşmüş, yorğun, gücsüz bir müsəlman kütləsi yaratdılar. Milyard yarım müsəlmanın həyəcanını, şövqünü, gücünü, əzmini qırdılar. Ürkək, özünüsevən, utancaq, eqoist, “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsində olan bir müsəlman qrupu İslam aləmində formalaşdı. Dövlətimizin siyasi şüura, dərin imana, Quran əxlaqına sahib, darvinizmin, materializmin etibarsızlığını yaxşı bilən, böyük Türkiyəni hədəfə alan, İslam Birliyini hədəfə alan, yəni hədəfi Türk-İslam Birliyi olan, ehtiraslı, qərarlı, ölümdən qorxmayan, sülh istəyən, elmi, sənəti ən gözəl şəkildə müdafiə edən gənclər yetişdirməsi lazımdır.