Fələstin xalqının qurtuluşu üçün həqiqi çözüm üzərində dayanmaq vacibdir. Uzun illərdir qınamalar verilərək nəticə əldə edilə bilmir. Tam fərqli üsula ehtiyac vardır. Müsəlman zülmə hər zaman qarşıdır və bunu ifadə edir, amma qınamalar tək başına birdəfəlik çözüm gətirməz. Sevgini və sülhü təlqin etmək birdəfəlik çözüm gətirər. Həmişə qarşıdurma, müharibə, işğal, hücum iki tərəfə də yalnız acı gətirər. Acıların qat-qat artacağı yollara deyil, təhlükəsizliyi və sülhü gətirəcək yollara tabe olmaq lazımdır. Sevgi və sülh ən asan olandır. Amma insanlar bunun üsulunu bilmir. Sülhü təmin etmək çətin deyil. Bir sözə baxar. "Gəlin qardaş olaq" deyilsə hər şey bitər. İsrail xalqı ilə Fələstin xalqı peyğəmbər soyu iki gözəl xalqdır. İkisi də dindar, ikisi də çalışqan, ikisi də təmiz, ikisi də ən gözəl həyatı haqq edir. Qarşıdurmanı qızışdıran hər cür üslubdan çəkinib, bir-birlərini qoruyacaq, şəfqət duyacaqları üslub istifadə etmək və sülhü təlqin etmək lazımdır. İki tərəf də Allaha iman edir, iki tərəf də eyni Peyğəmbərləri sevir. Bölüşəmədikləri nədir? Torpaqdırsa, Yaxın Şərq çox geniş bölgədir. Hər yer boş və geniş ərazidir. Fələstinlilər də, İsraillilər də istədikləri hər yerə məskən salsınlar. Bölgəni yaşıllaşdıraq, gözəlləşdirək, gənclərə gözəl imkanlar təmin edək. Bağ-bağça, nəşə və sevincin olduğu yer olsun. Müsəlmanlar, musəvilər, xristianlar bayram kimi yaşasınlar. Qardaş olmanın ucsuz-bucaqsız faydası vardır. Hər şeydən əvvəl Allahın razılığını qazanmış olarıq. Heç kim qorxu içində yaşamaz, gərginlik hiss etməz. Silaha pul yatırmaq yerinə bölgənin rifahı, sevinci üçün pul xərclənər. Həmişə xeyirli, yaxşı iş görmək düşünülsə mərhəmətsizlik ortadan qalxar.
Cümhuriyyətin ilk illərindən bəri davam edən və çox vaxt açıqca ifadə edilməyən "xalqı ikiyə parçalamaq" hərəkatı var. Bir tərəfdə Atatürkçü, ziyalı, rəsmi, musiqini, rəqsi, heykəli, incəsənəti sevən, həyat dolu təbəqə, digər tərəfdə isə Atatürkdən xoşlanmayan, içinə qapalı, musiqidən, rəsmdən, incəsənətdən də həzz almayan, əyləncəyə, sevincə, qarşı olan təbəqə var. Bu Türkiyədə qədimdən bəri davam edən adı qoyulmamış parçalanmadır və hər iki tərəf müəyyən şəkildə bir-birinə kin bəsləyər və razılaşa bilməz. Adətən hərbi çevrilişlərdə də bu parçalanma bəhanə göstərilər. 60-cı ildə, 71-ci ildə, 80-ci ildə həmişə belə olmuşdur. Çevrilişlərin anatomiyası təhlil edildikdə bu vəziyyət açıqca görünər. Baxın, məhz bu anlaşmazlığı aradan qaldıran anlayışa sahib olduğumuz üçün hədəf oluruq. Biz izahatlarımızla həm iki təbəqənin bir-birinə olan qəzəbini aradan qaldırırıq, həm də bu iki təbəqənin həyatlarının bir-biri ilə uzlaşmasını təmin edirik. Atatürkçü, ziyalı, mədəniyyətli, bilikli, rəsmdən, incəsənətdən xoşlanan təbəqə ilə dindarlar arasında məsafə olmasının lazım olmadığını göstəririk. Ziyalı, müasir, şən, həyat dolu, incəsənəti, musiqini, gözəlliyi sevən, keyfiyyətə əhəmiyyət verən, Qurana sadiq, Qurana uyğun sünnəni tətbiq edən dost icması olaraq mövcud olmamız çox mühüm fitnəni yox edirik. Həm iki təbəqə arasında razılaşma təmin edirik, həm də iki təbəqənin bir-birinə olan qəzəbinin yersiz olduğunu göstəririk. Beləliklə, millətin və vətənin birliyinə qarşı çox əhəmiyyətli xidmət göstəririk. Çox insan bunu görmür, lakin İngiltərə dərin dövləti görür və buna görə var gücü ilə bizim üzərimizə gəlir.
47