BÜTÜN İŞLƏR
Müsəlmanlar fərd-fərd olsunlar deyimi, müsəlmanların bölünüb, parçalanıb gücsüz, rəhbərsiz olması üçün İngiltərə dərin dövlətinin ortaya atdığı plandır. Quran ayələri müsəlmanların kütləvi halda yaşayacaqları şəkildədir. Tarix boyu müsəlmanların həmişə mənəvi lideri olmuşdur. İnfaq, mərhəmət, əfv, şəfqət, məşvərət, elmi mübarizə həmişə müsəlmanların kütləvi halda olmasını tələb edir. Müsəlmanların camaat olması hökmən klassik mənada təriqətlər olması demək deyil. Bir müsəlman məscidə gedər, başqa müsəlmanların da gəlməsinə vəsilə olar, orada dərhal camaat yaratmış olarlar. Suriyada, İraqda, Yəməndə, Liviyada aclıqdan, xəstəlikdən vəfat edən yüzlərlə insan var. Darvinizmə, materializmə qarşı elmi mübarizə aparmaq, Quran möcüzələrini izah etmək, Quran paylamaq, insanların ehtiyaclarını ödəmək, İslama böyük xidmətlər göstərmək imkanı olduğu halda, zəngin müsəlman ölkələrin futbol komandalarına yüklü miqdarda pullar xərcləməsi vicdana uyğun deyil.