BÜTÜN İŞLƏR
İslam çox qısa müddətdə yayıla biləcək, bütün dünyanın sevəcəyi bir dindir. İslam dini, xurafatçı qadınlar və xurafatçı kişilərin mənfurluğu ucbatından yayılmır. Heç sevgidən danışmırlar. Üzlərində nur yoxdur. İncəsənət nədir bilməz, gözəllik nədir bilməz, estetika nədir bilməzlər. Halbuki Allah öz istəyini; "Bu dünyada hüzurlu, sevgi dolu, dostcasına, qardaşcasına, Mənə ibadət edərək və Məni sevərək, halala, harama diqqət edərək yaşayın, Mən də sizə bolluq və bərəkət verəcəyəm" deyir. Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır. Qatı dinçilər müsəlmanların üstünə elə ağır yük yüklədilər ki, elə bil, müsəlmanları dəliyə döndərdilər. Sağa dönə bilmir, sola dönə bilmir, gülməsi qadağandır, qadınların danışması qadağandır. Allah sənin gülməyini istəyir, şən olmağını istəyir. Niyə boş- boşuna özünə əzab verirsən? Özlərindən qadağalar qoyurlar. Gül, istədiyin kimi gül, istədiyin kimi gəz, evinin divarından portret də as, heykəl də qoy, gənc qızlar istədikləri kimi makyaj etsinlər, baxımlı olsunlar. Gənc oğlanlar rəqs etsin, əylənsin. Qurana görə bunların hamısı halaldır. Qurandan uzaq olanda insanın ağlı gedir, davranışları pozulur, halala, harama diqqət etmir, nizamsız olur. Amma Qurana uyarsa, ağıl tam oturur, işləri yolunda gedir, bərəkət gəlir, üzərinə bir rəhmət, bir xoşluq, nur gəlir. Onun üçün Qurana möhkəm sarılmaq çox vacibdir.