BÜTÜN İŞLƏR
Mövhumatçılar atasının qızına sevgi göstərə bilməyəcəyi, ananın oğlunun yanında yaşaya bilməyəcəyi dünyanı din kimi göstərirlər. Bu çox qorxuncdur. Bu şirk dinidir. “Şəkil çəkdirmək, portret asmaq, musiqi dinləmək, rəqs etmək, gülmək mən hamısını edərəm, lakin haram olduğunu bilirəm” deyirlər. Halbuki bunlar haram deyil, halaldır. Müsəlman Allahdan qorxar və haram məsələsində diqqətcildir. Haram olanı etməz. Bu məntiqdə olanlar öz aləmlərində müsəlmanların əlindən halal olan bütün nemətləri almaq istəyirlər. Musiqi, rəqs, incəsənət, keyfiyyət, elm, gözəllik, əyləncə haram deyil. Həmçinin haram olduğunu düşünüb buna baxmayaraq, bütün bu hərəkətləri edib sonra da müsəlmanlara ağıl vermək çox böyük səmimiyyətsizlikdir. Əyləncə, musiqi, rəqs bəzilərinə görə müsəlmanlara qadağan edilməli olan nemətlər kimi göstərildi. Bütün dünya nemətləri müsəlmanlarındır. Müsəlmanlara öz aləmlərində hər şeyin pisinə layiq gördülər, yeməklərin, paltarların ən pisi müsəlmanların olsun istədilər, bu oyunu puç etdik. "Müsəlman musiqi dinləməz, rəsm çəkməz, qəzet oxumaz", "müsəlman qadınlar dekolte geyinə bilməz, gülə bilməz" dedilər, bunu da dəyişdirdik.