BÜTÜN İŞLƏR
Mükəmməl əxlaq nədir? Səbir, şəfqət, fədakarlıq, dürüstlük, cəsarət, vəfa... Allah qorxusu olmadıqda insanda bunları etmək məsələsində qəflət yaranır. Məsələn, Allahı sevər, lakin namaz qılmaz. "Mən Allahı sevirəm, Allahın mənim namazıma ehtiyacı yoxdur" deyər. Çox pulu olar, kasıblara paylamaz. "Kasıb necə olsa tapar, lakin mən Allahı çox sevirəm, bu pulla xoşbəxt oluram, Allaha daha yaxın oluram" deyər. Cəsarət göstərməz; "mən indi belə bir şeydən ötrü həyatımı təhlükə altına atmayım, gözəl yaşayıram" deyər. Allah qorxusu olduqda cəsarət göstərilər. Sevgi yoxdursa, bağlılıq yoxdursa, dərinlik yoxdursa, həqiqi sevgi yoxdursa, onda sən nə istəyirsən, bunlar olmadıqda nəyin mənası qalır? Heyvan kimi insanlar var deyirik, bax, onları heç xoşlamırıq, onlar bizi narahat edir, onlara məxluq deyirik. Lakin fədakar, cəsur, səbirli, qətiyyətli olub igidlik etsələr, onlara heyran olarıq. Cavana təhdid təsir etməz. Bizi də neçə illərdir hədələyirlər, bıçaq kimi dayanırıq, çox şükür. Min cür söz söylədilər. Daha da gücləndik, yaxşı olduq. Zənginliyimiz, yaraşıqlılığımız, gəncliyimiz, sevincimiz artdı. Onlar qışqırdıqca biz inkişaf etdik. Yoldaşlarımız çox zəngin oldular, imkanları artdı, bərəkətimiz artdı, hüzurumuz, dincliyimiz və gözəlliyimiz artdı.