Quran əxlaqı və təfəkkür - BÜTÜN İŞLƏR
Hər cür problemi kökündən aradan qaldırılması üçün darvinist, materialist təhsilin ləğv edilməsi lazımdır. Özünün bir növ heyvan olduğuna inanaraq yetişən biri hər cür pisliyi, iyrənc işlər görməyi, əxlaqsızlığı gözə alar. Pislik olduğunda əlbəttə hüquqi cəzasının verilməsi lazımdır. Ancaq əhəmiyyətli olan pisliyin olmamasını təmin edə bilməkdir. Bu da təhsillə təmin edilə bilər. Allah sevgisi, Allah qorxusu, dünyadan keçmək, eqoizmdən xilas olmaq, sevgi, şəfqət, heyvanlara, bitkilərə, hər şeyə qarşı mərhəmət öyrədilərsə, o insan heç bir cinayət işləməz, əxlaqsızlığa meyl etməz. Bəzi insanların şüur altında din üçün acı çəkmək lazımdır, gülməmək, əylənməmək lazımdır, yoxsa cənnətə gedə bilməzsiniz məntiqi vardır. Buna görə "din qarmaqarışıq şəkildə çətin olmalı ki, dində yaxşı yol gedə bilsin" məntiqi hakimdir. Bu minlərlə illik köhnəlmiş düşüncədir. Halbuki İslam dinləri həmişə cənnət azadlığını gətirər. Hz. İbrahimin gətirdiyi din də, Hz. Süleymanın gətirdiyi din də, Peyğəmbərimiz (s.ə.v)-in gətirdiyi din də, həmişə cənnət ruhu, cənnət azadlığı, cənnət gözəlliyi, cənnət keyfiyyəti, cənnət sevinci gətirər. Münafiq sistemlər də cəhənnəm dilemması, cəhənnəm nemətsizliyi, cəhənnəm əzabı gətirər. Peyğəmbərimiz (s.ə.v) Quran ilə birlikdə mümkün qədər azadlığı tanıdı və insanlara izah etdi. Allah, insanların ürəyində istədikləri azadlığı Quran ilə halal etdi. İnsanların üzərindəki təzyiqləri qaldırdı. Quran ilə birlikdə arxa arxaya azadlıq əmrləri gəlir. Allah insanların üzərindəki ağır zəncirləri qaldırır. Azadlıq artdıqca münafiqlər həm bu azadlığa çox həsəd aparırlar, həm də xalqa qarşı özlərinin üstünlük əldə etdiklərini düşünürlər. "Biz daha mühafizəkarıq, onlar (Peyğəmbər və səhabə) isə dini daha asan yaşayır, dinimizi dəyişdirirlər" deyə insanlara təsir etməyə çalışarlar. Münafiqlərin bütün mövzuları Peyğəmbərin dini necə yaşadığına dair öz ağıllarına görə tənqidlər olur. Peyğəmbərə haşa güvənmədiklərini hər sözləriylə ifadə edirlər. Allahın Peyğəmbərə bildirdiyi hər azadlıq hökmünü şübhə ilə qarşılayırlar. Bu alçaq və xain zehniyyətdə olanlar Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra gücləndilər və Ortodoks İslam anlayışının təməlini meydana gətirdilər. Qadının alçaldılması, qadının şeytan kimi olduğu, qadının döyülməsi lazım olduğu kimi dəhşət verici izahları İslam kimi dinə əlavə etdilər. Sonra gələn müsəlmanlar da bilmədən bunları sanki Allahın hökmü imiş kimi sahibləndilər. O gündən bu vaxta qədər gələn bu səhvi Quranda izah edilən həqiqi müsəlmanlığı izah edərək düzəldəcəyik inşaAllah. Şəhidlərimizin varlığı millətimiz üçün qürurdur. Şəhid vermək ümidsizlik verən mövzu deyil. Biz Çanaqqalada 200 min şəhid vermiş millətik. Tək bir meydan müharibəsində on minlərlə şəhid verdik. Bizim üçün vətən, dövlət, bayraq, millət müqəddəsdir. Allaha, vətənə, dövlətə, millətə söz etdirmərik, əl uzatdırmarıq. Bu vətəndən tək bir qarış torpaq, tək bir çınqıl daşı vermərik. Kilometrlər boyu torpaq istəmələriylə bir qarış istəmələri arasında bizim üçün fərq yoxdur. Lazım olsa 83 milyon şəhid olar amma bu vətəni böldürmərik. Şəhid sayını əsas götürərək hökumətə zərər verməyə çalışmaq fitnədir. Lazım olsa on minlərlə şəhid verərik amma Türkiyəni böldürmərik. "Şəhid sayı çoxdur, bu mübarizədən əl çəkin" deyəcəyimizi düşünürlərsə yanılırlar. Vətənin, bayrağın, dövlətin, millətin qorunması üçün lazım olsa bütün millət şəhid olarıq.