Peyğəmbərlər tarixi - BÜTÜN İŞLƏR
TÜRKİYƏ BU XEYİRLİ İŞLƏRİN, AXIR ZAMANDAKI ÇƏTİN İMTAHANLARIN KİLİD NÖQTƏSİDİR. ƏN ÇOX AĞRILARIN YAŞANDIĞI, ÇƏTİNLİKLƏRİN YAŞANDIĞI, GƏRGİNLİYİN YAŞANDIĞI YERDİR. Hər gün, tez-tez eşidirik; şəhid cənazələri gəlir, polis iztirab içində qalır, əsgər çətinlik içində olur, məmurlar iztirab içində olur. Mühakimədə problemlər var, bir çox yerdə xeyli problemlər olur. Amma bunlar bir cəmiyyətin yetkinləşməsi üçün, insanların yetkinləşməsi, daha yaxşı olması üçün şərtdir, başqa cür olmur. Həqiqətən, axır zamandayıq. İnsanlar dünyanın az qala hər tərəfində hara əlini atsalar, bir anormallıq, bir çöküş, bir pozğunluq, bir xəstəliklə qarşılaşırlar. Bəla hər tərəfi bürümüş vəziyyətdədir və hökumətlər, dövlətlər, şəxslər həll tapa bilmirlər. Buna görə də, ümumiyyətlə, insanlar bədbəxt, narahat və qorxu içində yaşayırlar. Dünyanın heç bir yerində güvənc içində yaşayan insan tapa bilməzsən. Hakim də qorxu içindədir, polis də qorxu içindədir, xalq da qorxu içərisində; zabit də, əsgər də, dünyada hər kəs qorxu içində yaşayır. MEHDİYYƏT MƏHZ BU BƏLANI ORTADAN GÖTÜRƏCƏK SİSTEMDİR, İnşAllah.