Peyğəmbərlər tarixi - BÜTÜN İŞLƏR
İslam Birliyi mühüm məsələdir. İslam Birliyi olmadığı müddətcə Allah heç bir yerdə rahatlıq verməz. Qüdsü xilas edəcək olan da İslam Birliyidir. İslam Birliyi olmadıqda Qüdsün mənası qalmaz. Qüdsün məna qazanması İslam Birliyi ilə təmin edilər. İslam Birliyi olsa, musəvilər, xristianlar, müsəlmanlar birlikdə çox gözəl yaşayarlar. Hər yeri bağlıq, bağçalıq edərik, hz. Süleymanın məscidini yenidən inşa edərik, hz. İbrahimin, hz. İsanın, bütün peyğəmbərlərin ayaqları basdığı yerləri tərtəmiz edərik. Hal-hazırda təkcə münaqişə və döyüş var. İslam Birliyi olsa bu münaqişələrin hamısı bitər. İslam Birliyi olmadığı müddətcə də nə müsəlmanlar, nə musəvilər, nə də xristianlar rahat ola bilərlər. Allahın əmri açıqdır: Fitnə yer üzündən aradan qalxana, İslam əxlaqı hakim olana qədər elmi mübarizə aparın. Ayrılmayın. Ayrılıb dağılmaq haramdır. Birlik olmaq fərzdir. Müsəlmanların mənəvi lider ətrafında birləşməsi Quranın hökmüdür. Dəccaliyyət Yaxın Şərqdə həmişə müharibə və parçalanma istəyir. İran və Türkiyəni savaşdırmaq istədilər, elmlə, irfanla buna mane olduq. Müsəlmanların musəvilər və xristianlarla aralarını vurmağa çalışırlar, buna da imkan vermərik. Qurana görə onlar Kitab əhlidir. Allah Kitab əhlinə nə deməyimizin lazım olduğunu, necə yaxınlaşmağımızın lazım olduğunu Quranda bildirmişdir. Onlar bizə hz. İsa və hz. Musanın əmanətidir. Allahın açıq əmrinə baxmayaraq, Kitab əhlinə hücum etmək, ibadətgahlara zərər vermək, onları təhqir etmək haram olar. (Ənkəbut surəsi, 46: Aralarında zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl şəkildə mübarizə aparın və deyin ki; "bizə və sizə nazil edilənə iman gətirdik; bizim ilahımız da, sizin ilahınız da birdir və biz Ona təslim olmuşuq".)