BÜTÜN İŞLƏR
Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir. Şəhidlərin arxasından ağlamaq, kədərlənmək olmaz, Allah Quranda ayələrdə şəhidlikdən həmişə müjdə kimi bəhs edir. (Bəqərə surəsi, 154: Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.), (Ali İmran surəsi, 169-171: Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər.) Qadınlar həqiqi mənada Mehdi dövründə azad olacaqdır. (Əmirəl-möminin Əli buyurdu: Qaim Mehdi qalxdığı zaman göy yağışını yağdıracaq, yer əkinlərini cücərdəcək, insanların qəlbindən kin, həsəd, düşmənçilik çıxacaq, yırtıcı heyvanlar əhliləşəcək, HƏTTA BİR QADIN İRAQDAN ŞAMA TƏKBAŞINA SƏYAHƏT EDƏCƏK AYAĞI OTLARA, YAŞILLIQLARA DƏYƏCƏK, BAŞINDA ZİNƏTİ OLACAQ, LAKİN NƏ ZƏRƏR GÖRƏCƏK, NƏ DƏ QORXU DUYACAQ. (Kitabul Cifr, İmam Əli, səh. 475)