BÜTÜN İŞLƏR
Təvəkkülü artırmağın yolu Allahı heç vaxt unutmamaqdır. Allahı düşünməyin iki cəhəti var. Bir cahil düşünmə forması var, yeməyini yeyər Allaha həmd edər, televiziyada Suriyadakı hadisələri izləyər, lakin bu ona heç təsir etməz. Onu təkcə qızının toyu, ertəsi gün ödəyəcəyi qəbzlər maraqlandırar. Lotereya bileti alar; "Allah bağışlayar" deyib keçər. Məktəblərdə darvinizmin, materializmin öyrədilməsini çox normal qarşılayır, lakin 5 vaxt namazını da qılır. Bir də Allahın mövcudluğunun möhtəşəm güc olaraq dünyaya hakim olduğunu görüb, heyranlıq içində qalıb Allahı diqqətlə təqib etmək vardır. Bunda Allah ilə kəskin diqqətlə əlaqə vardır. Allahın istədiyi də budur. Normal ağlın normal nəticəsi budur. Allah ilə ağıllı əlaqə yaradıldığı zaman insan çox rahat yaşayar. Yorucu olan əxlaqsızlıqdır, adamlıq dinidir. Çünki bunların çoxlu lazımsız qaydaları var. Cahil cəmiyyətin qaydaları, ənənələri, adətləri insanın taqətindən çox üstündür. Dünya həyatı ilə boğuşma da işə düşdükdə bir çox insanın həyatı yaşanmaz hala gələr. Müsəlmanlıq deyildikdə insanların ağlına qızılgül şərbəti, mövlud oxunması, yaşlı əmilər, baxımsız qadınlar, təhsilsiz cahil insanlar, ən kiçik səhvə görə ölüm cəzası verən dəhşət sistemi gəlir. İslamı yaşadığı zaman həyatın bütün gözəlliklərinin əlindən alınacağını zənn edir. Yastı havasız məscidlər, yaşlı babalar, nə deyildiyi başa düşülməyən mövlud səsini xatırlayır. Halbuki İslam yaşandığı zaman super keyfiyyətli gənclər, əyləncə, şənlik, musiqi, rəqs, ən kiçik bir şey olanda bir-birinə yardımçı olan, heç kəsin kimsəni pərt etmədiyi, həmişə dostluq və yoldaşlıq əlaqəsi olan, heç kəsin namusuna, şərəfinə zərər gəlməyən, gənc qızların gecə yarısında güvən içində küçədə gəzdiyi, ultramüasir xəstəxanalar, ultramüasir restoranlar, zövqlü əyləncə məkanları olan, hər kəsin namazını qıldığı, ibadətini sevinclə etdiyi, gözəlliklər üçün şükür etdiyi, həyatın mükəmməl yaşandığı sistem olmalıdır. Dəccaliyyət Yaxın Şərqdə həmişə müharibə və parçalanma istəyir. İran və Türkiyəni savaşdırmaq istədilər, elmlə, irfanla buna mane olduq. Müsəlmanların musəvilər və xristianlarla aralarını vurmağa çalışırlar, buna da imkan vermərik. Qurana görə onlar Kitab əhlidir. Allah Kitab əhlinə nə deməyimizin lazım olduğunu, necə yaxınlaşmağımızın lazım olduğunu Quranda bildirmişdir. Onlar bizə hz. İsa və hz. Musanın əmanətidir. Allahın açıq əmrinə baxmayaraq, Kitab əhlinə hücum etmək, ibadətgahlara zərər vermək, onları təhqir etmək haram olar. (Ənkəbut surəsi, 46: Aralarında zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl şəkildə mübarizə aparın və deyin ki; "bizə və sizə nazil edilənə iman gətirdik; bizim ilahımız da, sizin ilahınız da birdir və biz Ona təslim olmuşuq".) Raket istehsal etmək üçün ayrı pul, raketə qarşı müdafiə sistemi üçün ayrı pul xərclənilir. İnsan öldürmək üçün raket atırlar, o raketə qarşı müdafiə sistemi qurulduğu zaman sevinirlər. İnsan öldürmək üçün heç bir sistem olmasa da buna xərclənən pul insanları xoşbəxt etmək üçün xərclənsə daha gözəl olmazmı? İnsanlar müharibəyə, davaya, təcavüzkarlığa alışıblar. Halbuki bunların heç birinin olmaması lazımdır. Tanklar, toplar, təyyarələr, bombalar bütün pul bunlara xərclənir, insanlar yaralanır, parçalanır, hər yerdə aclıq var. Bu rəzalətə nə ehtiyac var? Hər yer qan gölü oldu, yüz minlərlə insan şikəst oldu. Şeytana tabe olmaq məcburiyyətində deyilik ki. Hər kəs dost olsun, yoldaş olsun, sülh içində yaşayaq. Yaxşı insanlar bir-birlərini var gücləri ilə dəstəkləsinlər. Sevgini, yaxşılığı, azadlığı, incəsənəti, keyfiyyəti, nəzakəti, qadınların hüzurlu yaşamasını istəyən hər kəs ittifaq etsin. Müharibələrə qarşı, qan tökülməsini istəməyən, hər kəsin bir-birinə qardaş kimi yaxınlaşmasını istəyən, elmin, incəsənətin, demokratiyanın nemətlərindən maksimum faydalanmaq istəyən ruh xalis Quran ruhudur. Gənclər bir-biriləriylə yaxşılıqda ittifaq etməlidirlər.