BÜTÜN İŞLƏR
İslamda Allaha, Kitaba, Peyğəmbərə hüsnü-zənn var. Bilavasitə onların yaxşılığı, gözəlliyi və mükəmməlliyini qəbul edərək hərəkət etmək vardır. Münafiqlərdə isə Allaha, Kitaba, Peyğəmbərə həmişə tənqid gözüylə baxmaq vardır. Bunu da ağlasığmaz çirkin üslubla edər və müstəqil düşündüklərini iddia edərlər. Allaha çirkin məntiqlə baxarlar. Quranda bir çox ayə münafiqlərin alçaqlığına və namərdliyinə cavab olaraq endirilmişdir. Bir çox ayə münafiqlərin alçaq sözlərinə tədbir olaraq endirilmişdir. Məsələn, Peyğəmbər əzilən qadınları, uşaqları düşünərək səhər tezdən döyüşə çıxacağıq deyir. Münafiqlər məntiqlə baxaraq: "Bu istidə döyüşə çıxılar? aramızda çətin vəziyyətdə olanlar var, Peyğəmbər bunu belə görə bilmir" deyirlər. Qəlbində xəstəlik olanlar da: "Bax bunu heç düşünə bilmədik, həqiqətən Peyğəmbər səhv edir" deyə, onlara tabe olurlar. Müsəlman Allaha, Qurana, Peyğəmbərə tənqid gözüylə baxmaz. Etdiyi hər şeyin xeyir olduğunu bilərək baxar və hərəkət edər. Münafiqlər Peyğəmbəri adi insan kimi görər və həmişə ağılsızcasına tənqid edərlər. Bu tənqidlərini də çox böyük axmaqlıqla edərlər. Sadə məntiqlə baxar, Peyğəmbərin, Allahın dəstəkləyib qoruduğu xüsusi insan olduğunu görməzlər. Peyğəmbərə tabe olan möminləri də ağılsız kimi görərlər. Saatlarla, səhifələrlə, Peyğəmbərə tabe olan möminlərin guya ağılsız, dərin düşünməyən olduqlarını, onların səhvlərini qeyd edərlər, yazarlar. Peyğəmbərə itaət edən möminlərin yalançı olduğunu sübut etməyə çalışarlar. Bu zaman yalançı olmalarını, şəxsiyyətsiz olmalarını, alçaqlıqlarını göstərərlər. (Hud surəsi, 27: Qövmündən qabaqcıl inkarçılar: "Biz səni təkcə bizim kimi insan hesab edirik; sənə, təkcə dayaz fikirli olan ən alçaqlarımızın tabe olduğunu görürük və sizin bizdən üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik" dedi.) Münafiq Rəsulun qoyduğu sərhədləri aşar. Əsas qarşı olduğu isə Allahın qoyduğu sərhədlərdir. Allahın sərhədlərini aşaraq sadə məntiqlə, sərbəst yaşamaq istəyər. Bu çirkin sərbəstlik anlayışıdır. Peyğəmbərimiz (s.ə.v) döyüşdə möminləri bir yerə yerləşdirər və ya möminlərə İslama xidmət üçün bəzi məsuliyyətlər verirdi. "Sən bu işi gör, sən burada keşik çək" deyirdi. Bu münafiqlərin iyrənc nəfsinə çox ağır gəlirdi. Məntiqlə Peyğəmbəri dəyərləndirib; "niyə bu işi görək?" deyir, Peyğəmbərin qoyduğu sərhədi aşırdılar. Allah Peyğəmbərin sərhədini aşanın, Allahın sərhədini aşdığını bildirmişdir. Bu rəftarın qarşılığı sonsuz cəhənnəm odudur, odun ən aşağı təbəqəsidir. Möminlər isə Peyğəmbərə həmişə hüsnü-zənlə, hər sözünün xeyir olduğunu bilərək, sevgi və hörmətlə bağlıdır. (Mücadilə surəsi, 5: Həqiqətən, Allaha və Rəsuluna qarşı (onların qoyduqları sərhədləri aşıb özləri sərhəd qoymağa cəhd edərək) çıxanlar, özlərindən əvvəlkilərin alçaldılması kimi, alçaldılıblar. Halbuki Biz açıq-aydın ayələr endirdik. Kafirlər üçün alçaldıcı əzab vardır.)