BÜTÜN İŞLƏR
Allah sevgisi ən mühüm mövzudur. Allahı sevməkdəki əsas məsələ insanın özünü sıxmamağıdır. İnsanlar şirkə ağlasığmaz dərəcədə meyllidir. Şirkə qarşı beyni həmişə qorumaq, çox səmimi olmaq lazımdır. Diqqət şirk mövzusunda olmalıdır. Səmimiyyət də zövqlüdür, enerji tələb etməz. Səmimiyyət dünyanın ən şirin, ən ləzzətli nemətlərindən biridir. Allah sevgisi insanların bir hissəsində əskik olduğu üçün insanların bir-birinə sevgisi də az olur. Yerinə həsəd, kin, nifrət, qəzəb gəlir. Bilavasitə Allahı çox sevsələr insanların hal-hazırda dünyada yaşadıqları həyat tam fərqli olar, dünya açıq-aydın cənnət kimi çox rahat olacaqları bir yer olar. Dünya miqyasında bir çox insan Allaha qarşı nankor olduğu üçün, Allah da onları hiss etdirmədən əzir. Onlar öz aləmlərində Allahı aldatdıqlarını zənn edirlər, Allah isə onları hiss etdirmədən əzir. Bütün gözəlliklərin tək mənbəyi Allahdır. Sevginin tək mənbəyi Allahdır. Övladını, arvadını, pişiyini, quşunu çox sevdiyin zaman Allahı sevdiyini bilmir bir çox insan. Bütün təsvir Allaha məxsusdur. Gənclər üçün etibarlı əyləncə yerləri olmalıdır. Gənclər hara addım atsalar qorxu və narahatlıq yaşayırlar. Xüsusilə gənc qızların hüzur, güvən içində gedə biləcəyi yerlər olması əhəmiyyətlidir. Gənc qız; "ata mən bu yerə əylənməyə gedirəm" dediyi zaman, o yerdə namusunun, ləyaqətinin, şərəfinin, sağlamlığının güvəndə olduğuna əmin olunacaq yerlər olmalıdır. Sanki əmisinin, babasının evinə getmiş kimi güvənlə əylənə biləcəyi yerlər olmalıdır. Keyfiyyətli musiqi, sağlam qidalar, şən mühit və böyük təhlükəsizlik təmin olunmalıdır. Gənclər güvən içində bir-biri ilə tanış olar, söhbət edər, fikir mübadiləsi apararlar. Hazırda gənclər əyləncə məkanına getdiyi zaman insanlar cəsarətlərinə təəccüblənib; "gecə filan yerə gedib" deyirlər. Çünki əyləncə məkanlarının çoxu qapısında silahla insan vurulan, içəridə qadınların narahat edildiyi yerlər halına gəlib.