BÜTÜN İŞLƏR
Gənclər bir-birinin dininə, imanına üstünlük verməlidir. İnsanın axirətini düşünməmək həm məntiqsizdir, həm də vicdana uyğun deyil. İnsanın axirətini düşünmürsənsə, 5-10 il sonra o yaşlandığı zaman nə olacaq? Ölüb gedəcək, yox olacaq deyə düşünürsənsə, onsuz da sevə bilməzsən, ət-sümük sevilməz. Əgər qarşındakının ruhuna, dininə, imanına əhəmiyyət versən, onun axirətdəki gələcəyini düşünməsən, hörmət göstərməsən o zaman nəyi sevirsən? Axirətini düşünərək hərəkət etsən, o zaman Allah sevgini çox gözəl yaşadar. Dünyaya gəldiyimiz zaman nə olduğumuzu anlamağa çalışarıq. Bu təsvir nədir, bu səs nədir, toxunma necə olur, bunları kim bizə göstərir, kim eşitdirir, bu hissləri qəbul edən varlıq kimdir? Ucsuz-bucaqsız kosmosda niyə mövcuduq? Bunu düşündüyümüz zaman dərhal Yaradıcını görərik. O zaman Yaradıcının bizdən nə istədiyini düşünərik. Bu qədər zəhmət, bu qədər qayğı, bu qədər böyük və incə mühəndislik, bu qədər təfərrüat niyə var? İmtahan deyirik, bəs imtahan olunan insan nə üçün imtahan olunar? "Yaxşı olduğu aydın olar, gedib cənnətdə oturar", bu deyil. Quranı təhlil etdiyimiz zaman sevgidən başqa məqsəd olmadığını görürük. Dəccallar, fironlar, yaxşılıqlar, pisliklər, gözəlliklər, imtahanlar, əzablar, bunların hamısının məqsədinin saf sevgi olduğunu görürük. O zaman biz də bütün insanların dünyada sevgini, saf və həqiqi sevgi yaşamasını istəyirik. Allahın da insanları sevməsini istəyirik. Buna riza deyilər; Allahın rizası. Allahın rizasını qazanmaq, Allahın sevgisini qazanmaqdır. Həyatın bütün məqsədi sevgini qazanmaqdır. Axirətdə Allah möminlərdən; "Məndən razı oldunuzmu?" deyə soruşur. Əsas sual budur. Niyə oxuyursan? Allah rizası üçün. Niyə evlənirsən? Allah rizası üçün. Niyə işləyirsən? Allah rizası üçün. Niyə gözəl əxlaq göstərirsən? Allah rizası üçün. Bir hədəf var; Allahın sevgisi. Allahın rizasını qazanmaq məqsədi, Allahın sevgisini qazanmaqdır.