BÜTÜN İŞLƏR
Səmimiyyətin möhkəm və qətiyyətli olması lazımdır. Düşünərkən dürüst olmaq əhəmiyyətlidir. Səmimi insan həmişə Allahın lehinə düşünər. Allah bəzən insanın qarşısına xüsusi olaraq, Allaha tənqidi gözlə baxan insanlar çıxardar. Bu xüsusi sınaqdır. Onu görəndə; "Bəlkə mən də tənqidi gözlə baxım" deyib səhv edirlər. İnsanın sağlam və dürüst düşünə bilməsi üçün, dünyaya dair məlumatını tez-tez nəzərdən keçirməsi lazımdır. Gözsüz görən var. Məhz bu mövzunu düşünmək Allahın mövcudluğunu anlamaq üçün kifayətdir. İnsanın gördüyünü idrak etməsi möhtəşəm şeydir. Birinin səsi eşitməsi, birinin toxunmanı hiss etməsi, birinin qoxunu alması, birinin yeməyin dadını alması Allahın mövcudluğundan başqa yolla açıqlana biləcək məsələ deyil. 5 duyğu özlüyündə Allahın mövcudluğunun dəlilidir. Lakin Allah imtahan üçün şübhələr də yaradar. Məsələn, uşaq ölümləri olar və ya öz başına gələn xəstəliklər, problemlər olar. Allah həm mövcudluğunun dəlillərini çox güclü yaradar, həm də şübhəyə düşməyin dəlillərini verər. Diqqətli baxan şübhəyə düşəcək şeylərin xüsusi yaradıldığını anlayar. Səmimiyyətdən uzaqlaşmamaq üçün, Allahın mövcudluğunun dəlillərini israrla unutmamaq, çox təkrar etmək lazımdır. Allah; "Məni çox zikr edin" deyir, çoxlu zikr etməkdə bu sirr gizlənir. Çoxlu zikr bir sözü həmişə təkrar etmək deyil. Allahın mövcudluğunu, mövcudluğunun dəlillərini şüurlu olaraq, təkrar-təkrar ağlından keçirməkdir. İnsanlar adətən problemləri olduqda bunu qarşılarındakı insanla həll etməyə çalışırlar. Ya küsürlər, ya inciyirlər, ya da qarşılarındakının sevgisindən şübhə edirlər. Halbuki doğru olan, insanın hər məsələsini Allah ilə həll etməsidir. Bu mühüm həqiqət cəmiyyətdə ciddi şəkildə unudulur. Allahı (haşa) unutmaq isə böyük faciədir. İnsanın qarşısındakı insanı deyil, Allahı əsas götürməsi lazımdır. Hər tələb Allahdan istənilər. Yoxsa insanların bir tələbi ödəyəcək, bir problemi həll edəcək gücləri yoxdur. Mütləq hər şeyi Allahdan istəmək lazımdır. Əksi çox böyük səhv olar. İnsanın problemi olanda, diqqətlə Allaha dua edib, Allahdan kömək istəməyə davam etməlidir. Təbii ki, insan səbəblərə sarılar, dua mahiyyətində hökmə əsasən qarşısındakı insana problemini söyləyər, danışar, onu müsbət yöndə düzəltməyə, yaxşıya, doğruya çəkməyə çalışar. Lakin adətən əsas Allahdan istəmək doğru olandır. Çünki qəlbi yaratmağı Allah edər, şəxslər edə bilməz. Əks təqdirdə insan ciddi səhv etmiş olar, ciddi problemə sürüklənmiş olar. Bu xətada heç vaxt müqavimət göstərməmək lazımdır.