BÜTÜN İŞLƏR
Müasir olanın dinsiz olduğuna dair yanlış imic var idi. Bu imici biz aradan qaldırırıq. "Rəsm çəkən, rəqs edən, musiqi dinləyən, əylənən, dekolte geyinən, heykəl sevən dinsizdir. Məzlum, az düşünən, yaxşı təhsil almamış olan, ictimai həyatın içində olmayanlar isə dindardır" deyə düşünürdülər. Hazırda ziyalı, müasir, dərin düşünən, keyfiyyətli və gözəl yaşayanın dindar olduğunu bütün dünya görmüş oldu. Müsəlmanlar fərd-fərd olsunlar deyimi, müsəlmanların bölünüb, parçalanıb gücsüz, rəhbərsiz olması üçün İngiltərə dərin dövlətinin ortaya atdığı plandır. Quran ayələri müsəlmanların kütləvi halda yaşayacaqları şəkildədir. Tarix boyu müsəlmanların həmişə mənəvi lideri olmuşdur. İnfaq, mərhəmət, əfv, şəfqət, məşvərət, elmi mübarizə həmişə müsəlmanların kütləvi halda olmasını tələb edir. Müsəlmanların camaat olması hökmən klassik mənada təriqətlər olması demək deyil. Bir müsəlman məscidə gedər, başqa müsəlmanların da gəlməsinə vəsilə olar, orada dərhal camaat yaratmış olarlar. Suriyada, İraqda, Yəməndə, Liviyada aclıqdan, xəstəlikdən vəfat edən yüzlərlə insan var. Darvinizmə, materializmə qarşı elmi mübarizə aparmaq, Quran möcüzələrini izah etmək, Quran paylamaq, insanların ehtiyaclarını ödəmək, İslama böyük xidmətlər göstərmək imkanı olduğu halda, zəngin müsəlman ölkələrin futbol komandalarına yüklü miqdarda pullar xərcləməsi vicdana uyğun deyil.