- Türk-İslam Birliyinin qurulması bütün İslam və Türk dünyası tərəfindən şövq və həyəcanla gözlənilir. Bu birliyin ilk və ən vacib addımı Azərbaycanın və Türkiyənin iki dövlət, bir millət kimi birləşməsidir. Türk - İslam Birliyinin ilk mərhələsi olan bu birləşmənin daha çox vaxt itirilmədən və gecikmə olmadan tez bir vaxtda həyata keçirilməsi lazımdır.
- Yaxın keçmişdə baş verən Xocalı Qətliamı kimi zülmlərin təkrarlanmaması təmin edilməli, bu torpaqlara əmin-amanlığın və güvənliyin hakim olması üçün 1992-ci ildə işğal edilən Laçın koridoru açılmalı, Dağlıq Qarabağ bölgəsi başda olmaqla işğal altındakı bütün torpaqlar işğaldan azad edilməlidir. Laçın koridorunun açılması üçün hər cür diplomatik yollardan istifadə edilməlidir.
- Gərginliyi artırmaq, davamlı düşmənçilik hissni qızışdırmaq heç kimin xeyrinə olan bir davranış deyil. Dövrümüz qəzəb və kin çağı deyil, əksinə, dostluq, sevgi, anlayış, əməkdaşlıq və qardaşlıq çağıdır. Qəzəb, intiqam dövrləri artıq geridə qalmışdır. Ermənistan da qardaş və dost kimi bir münasibət nümayiş etdirməli, düşmənçilikləri qızışdırmağın əvəzinə sevgini və sülhü əsas qəbul etməli, «Türk düşmənçiliyi» fikrindən tamamilə əl çəkməlidir. Bu düşmənçilik hissi dövrümüzün sosial gerçəkliklərinə də ziddir. Bu cür yaşamağın bu günədək Ermənistana nə iqtisadi, nə də mədəni faydası olmuşdur. Düşmənçilik siyasətinin davam etdirilməsi halında Ermənistanın məruz qaldığı iqtisadi şərtlər daha da pisləşəcək, kasıbçılıq və yoxluq daha da çoxalacaqdır. Rifahlı və işıqlı bir Ermənistanın yolu ancaq qardaşlıq və sevgidən keçir.
- Ermənilər Kitab-əhli olan bir xalqdır. Müsəlmanların Kitab-əhlinə münasibəti Qurana görə çox aydındır. Peyğəmbərimiz (sav) də Kitab-əhlinə qarşı həmişə tolerantlıq nümayiş etdirmiş və mərhəmətli olmuşdur. Bundan başqa, həm Səlcuqlu, həm də Osmanlı dövründə ermənilər Türk hakimiyyəti altında heç bir yerdə görmədikləri rifahı və səadəti tapmışdılar. Osmanlılar da erməniləri Milləti-Sıdıqa adlandırmışdılar.
Ancaq ermənilərin keçmişə söykənən kin-küdurət hisslərindən xilas olmaları, düşmən münasibət bəsləməmələri çox əhəmiyyətlidir. Həmçinin dini inamlarının əsası da budur. İncilin bir çox cümlələrində qonşuya qarşı sevginin əhəmiyyətinə xüsusilə bəhs edilmiş, hətta inananların qonşularının yaxşılığı üçün səy göstərməli olduqları bildirilmişdir. Ermənistanın qonşularına qarşı apardığı siyasətin əsasında da İncildə onlara müraciət edildiyi kimi sevgi və mərhəmət olmalıdır.
İsa belə dedi: «Qatillik etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə. Ata və anana hörmət et və qonşunu özün kimi sev» («Matta İncili», 19/18-19).
«Məhəbbət qonşuya zərər gətirməz. Beləliklə, məhəbbət Qanunun icrasıdır» (Pavelin Romalılara məktubu, 13/10).
«Hər birimiz yaxşılıq naminə öz qonşumuzu ruhən inkişaf etməsi üçün qayğısına qalmalıyıq...» (Pavelin Romalılara məktubu, 15/2).
- Əgər Ermənistan dostluq və qardaşlıq münasibətləri nümayiş etdirərsə, keçmişdə baş verən bütün hadisələr bir kənara qoyularaq, Ermənistanla iqtisadi və mədəni əlaqələr yaradıla bilər. Azərbaycanın və Türkiyənin birləşməsi ilə meydana gələcək dostluq şəraitindən Ermənistana da faydası olacağı aydın məsələdir. İqtisadi və siyasi əməkdaşlıq bütün tərəflərə faydalı olacaq, belə bir şəraitdə çox dinc və rifahlı yaşayış meydana gələcəkdir. Ermənilər də ticarətlərində, dinlərində, dillərində, yaşayışlarında daha müstəqil, daha dinc, daha xoşbəxt olacaqlar. Bölgədə davamlı yüksələn gərginlik yerini sülhlə əvəzləyəcəkdir. Bu sülh şəraitindən bütün tərəflər xeyir tapacaqdır.
- Bu gün edilməli olan keçmişdə baş verənləri bir kənara qoymaqdır. Davamlı keçmişdə nə baş verdiyini danışmağın yerinə gələcəkdə nələrin həyata keçiriləcəyi, bölgədə iqtisadi mühitin necə inkişaf etdiriləcəyi, mədəni dirçəlişin necə gerçəkləşdiriləyi, istiqrarın necə təmin ediləcəyi, narazılıqların hansı formada tamamilə aradan qaldırıla biləcəyini danışmaq lazımdır. Üzərində dayanılmalı məsələ budur. Keçmişi bu günə daşıyaraq, gərginlik mühiti yaratmağın heç kimə xeyri yoxdur. Zorakılıq, gərginlik və həddi aşmaq heç bir xalqa xeyir gətirə bilməz. Hər cür şiddətdən çəkinmək, ifratın əvəzinə mülayimliyə üstünlük vermək, mötədil hərəkət etmək, dözümlü və səbirli olmaq, gündəmə gəlməsi mümkün olan bütün problemləri uzlaşma ilə həll yolunu tapmaq ən ağıllı və məntiqli yoldur.
Bilim Araştırma Vəqfi başqanı Cem Sedat Altan