Əbdülqadir Gilani həzrətləri, övliyanın sultanı olub, həm Seyid həm də Şərifdir. Uca xüsusiyyətlərini dilə gətirməkdə sözlərin gücsüz qaldığı o uca vəli kamil insan, Qavsül Əzəm, Vəlayətin Sultanı, Sultanül Övliya, Sərtacül Övliya, Kutbur Rəbbani, Qavsüs Samədani kimi uca sifətlərlə xatırlanar. Maddi və mənəvi elmlərdəki dərinliyi və üzərindəki mənəvi lütf və rəhmətlə dinin əsaslarını yenidən diriltdiyi üçün özünə "Dinin dirildicisi" mənasında "Muhyiddin" də deyilmişdir. Bağdadda dövrün tanınmış alimlərindən hədis, fiqh və təsəvvüf təhsili almışdır. İslam Təsəvvüfünü hər kəsin anlayacağı şəkildə təqdim etmişdir.