Dinsizliyin Kabusu

2032

Pislik, haqsızlıq, kədər, pessimizm, sıxıntı, təklik, qorxu, stress, etibarsızlıq, vicdansızlıq, narahatlıq, qəzəb, qısqanclıq, kin, narkotik asılılığı, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, kasıblıq, korrupsiya, oğurluq, dava, düşmənçilik, cinayət, müharibə, qarşıdurma, zülm, ölüm qorxusu... Bütün bunlar demək olar ki, hər gün qəzet və televiziya verilişlərində gördüyünüz, gündəlik həyatda qarşılaşdığınız, hətta şəxsən yaşadığınız problemlərdəndir.

İnsanların və cəmiyyətlərin xilas olmağa çalışdığı, hər sahədə mübarizə apardıqları bu cür mənfi hallar, qarşıdurmalar və gizli ictimai quruluşlar, dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün, qədim Yunanıstana və ya Böyük Roma İmperatorluğuna, Çar Rusiyasına ya da intibah dövrünə, hətta istəsəniz iki böyük dünya müharibəsinə və böyük ictimai hadisələrə səhnə olan 20-ci əsrə nəzər sala bilərsiniz. Hansı əsrə və dünyanın harasına gedirsinizsə gedin, ümumiyyətlə, mənzərə dəyişməz.

Bəs insanlar bu mənfi hallarla indiyə qədər mübarizə aparıblarmı ya da aparmaq üçün bir səy göstəribdirlərmi?

Əlbəttə ki, dünyanın demək olar ki, hər dövründə insanlar bu qeyd olunan mənfi hallarla üz-üzə gəlmiş, bunlarla mübarizə aparmışlar, ancaq çarəni həmişə səhv üsullarda axtardıqları üçün həll yolu tapa bilməmişlər. Çıxış yolunu bəzən müxtəlif idarəetmə formalarını sınaqdan keçirməkdə, bəzən azğın cərəyanların təsirinə düşməkdə, çevrilişlər etməkdə, çox vaxt da biganə yanaşmaq yolunu mənimsəməkdə, bütün bu mənfi halları qəbul etməkdə görmüşlər.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr