Passiv sözünün lüğətdəki mənası “bir şeyə qarşı reaksiya verməyən, aktiv olmayan, durğun, utancaq”dır. “Passiv bir insan” dedikdə xarakter etibariylə şövqsüz, ətrafında baş verən hadisələrlə maraqlanmayan, insanların sıxıntıları və problemləri ilə maraqlanmayan, ətrafındakı çatışmazlıqlara çıxış yolu tapmaq niyyətində olmayan, utancaq, öz kiçik aləmində yaşayan bir insan modeli ağıla gəlir. Bu kitabda, bəhsi keçən durğun xarakteri qəsdən nümayiş etdirərək bu çirkin modeli hiyləgərcəsinə müsəlmanlar arasında yaşatmağa çalışan insan xarakterini izah edəcəyik. Bu insan modelini “pasifist”, yəni “pasifizmi müdafiə edən” kimi qeyd edəcəyik.
Müsəlmanlar arasında olan bəzi insanlar iman edənlərin imani şövq və həyəcanına uyğun gəlməyən bir xarakterə sahib ola bilərlər. Bu kəslər müsəlmanların yaşadığı yüksək iman həyəcanını içlərində yaşamaz, onların xoşbəxtlik və hüzurundan uzaq, soyuq və donuq bir həyat yaşayarlar. Bu kəslər, Allahın böyüklüyünü anlamağı, Quran əxlaqını mənimsəməyi istəmədiklərindən, din əxlaqının yaşanması və izah edilməsi məqsədiylə edilən hər cür cəhddə həmişə geridə qalan, hadisələri uzaqdan izləməklə kifayətlənən bir görünüş nümayiş etdirərlər. Nə həyatlarında, nə də iman anlayışlarında aktiv, ağıllı və sağlam bir yanaşma tərzləri yoxdur.