Materializm və onun uydurma elmi dayağı darvinizm bənzəri ateizm əsasında qurulan ideologiyalar, kainatdakı incə plan və hesab tələb edən təfərrüatları, canlıların meydana gəlməsini təmin edən tarazlıqları öz ağıllarına görə təsadüflərə əlaqələndirərlər. Allahın varlığını və yaradılış həqiqətini inkar etmək naminə, bütün imkansızlıqları yox sayaraq, kainatdakı bütün həssas tarazlıqların tam olmaları lazım olan ölçülərlə, milyardlarla ildir ki, heç dəyişikliyə uğramadan, təsadüf nəticəsində var olduqlarını irəli sürürlər. (Allahı tənzih edirik) Halbuki, bu qüsursuz nizam, bir an üçün təsadüfi təsirlərlə əmələ gəlsəydi, şübhəsiz ki, indi nə oxuduğunuz bu kitabın varlığından, nə də yer üzündəki canlılardan danışmağımız mümkün olardı. Çünki təsadüfən meydana gələn hadisələr, təsadüfi təsirlərin nəticəsiylə əsla bir-biriylə əlaqələnmiş, nizamlı sistemləri, canlılardakı müəyyən məqsədlərə xidmət edən ağıl məhsulu sistemləri əmələ gətirə bilməz.
Bu həqiqəti demək üçün isə, latınca kitablar oxumağınıza, cildlərlə ensiklopedik bilik toplamağınıza, ya da professor adına sahib olmağınıza ehtiyac yoxdur. Ağıl və məntiq sahibi bir insan olaraq qarışıqlıq və nizamsızlıqdan, fövqəladə bir nizamın var ola bilməyəcəyini siz də asanlıqla təqdir edə bilərsiniz. Həqiqətləri gizlətməyinizə izn verməyən bir vicdanınız varsa; bu, çox istisna hallarda baş verən şərtlərin bir araya gəlməsiylə davam edən həyatın, öz-özünə ortaya çıxa bilməyəcəyini də dərhal başa düşərsiniz. Vicdanlı düşünürsünüzsə; təsadüf deyilən məfhumun yaratma gücünə sahib ola bilməyəcəyini; Bu səbəbdən də delfinlərin, rəngarəng balıqların, quzuların, tovuzquşularının, bənövşələrin, üzüm və insanların təsadüflər nəticəsində meydana gəlməyəcəyini də qəti bir qənaətlə təsdiq edərsiniz.